1/53
PATOLOGIYA
Name | Mastery | Learn | Test | Matching | Spaced |
|---|
No study sessions yet.
"uşaq infeksiyaları" qrupuna da daxil edilir
Difteriya
Diphtheria adı
yunanca diphthera sözündən götürülüb, mənası "nazik qabıq, ərp" deməkdir
Difteriyanın törədicisi
korinebakteriyalar ailəsinə məxsus toksigen difteriya korinebakteriyalarıdır (Corinebakterium diphtheriae), Löfler çöplər
Löfler çöpləri
qram-müsbət toksigen bakteriyalar olub, spor əmələ gətirmirlər, çox güclü toksiki xüsusiyyətlərə malik ekzotoksinlər ifraz edirlər
difteriya çöplərinin təsir mexanizmlərinə görə ekzotoksinlərinin növləri
sitopatik və ya nekrotik,
vazoparalitik
neyroparalitik (neyrotrop)
Difteriya ekzotoksInləri 4 fraksiyadan ibarətdir
nekrotoksin
hemolizin
nevraminidaza
hialuronidaza
Nekrotoksinin təsirilə difteriya çöpləri
əsnəkdə və yuxarı tənəffüs yollarında selikli qişa epitellərinin nekrozunu törədir (sitopatik təsir)
Nekrotoksinin vazoparalitik təsirləri ilə difteriya çöpləri
damarların kəskin doluqanlılığı, kəskin genişlənməsi, və keçiriciliklərinin yüksəlməsinə səbəb olur
Difteriya zamanı əmələ gələn fibrinoz ərpin qalınlığı
həm nekrozun qalınlığından, həm də həmin nahiyədəki selikli qişanın örtük epitelinin növündən, yəni təkqatlı və ya çoxqatlı olmasından
difteriya çöplərinin hemolizin ekzotoksini
difteriya zamanı baş verən hemorragik sindromun əsasını təşkil edir
difteriya çöplərinin hialuronidaza ekzotoksini
bütün üzv və toxumalarda, xüsusilə də bakteriyaların lokalizə olunduğu yerlərdə damarların keçiricilikləri yüksəlir, müxtəlif xarakterli damar reaksiyaları inkişaf edir, toxumalarda ödem daha da güclənir
Difteriya ekzotoksininin neyraminidaza fraksiyası
quruluşca tənəffüs fermenti olan sitoxrom B-yə bənzədiyi üçün hüceyrələrdə onu sanki əvəz edir. Nəticədə hüceyrələrdə, o cümlədən də sinir hüceyrələri, sinir qanqlionları və sinir liflərində toxuma tənəffüsü pozulur, xolinergik proseslər dəyişilir, katexolaminlərin sintezi pozulur, çoxlu miqdarda serotoninlər toplanır, bu toxumalarda destruksiya baş verir. Neyraminidazanın təsiri ilə əlaqədar difteriya çöplərinin neyroparalitik təsirləri həyata keçirilmiş olur.
Difteriya"xəstəliyi keçirmiş şəxslərdə yaranır
antitokisiki immunitet
Difteriyanın inkubasiya dövrü
2-10 gün
Klinik gediş xüsusiyyətlərindən asılı olaraq difteriyanın klinik formaları
1. Tipik (fibrinoz ərpli) klinik gedişli difteriya. Klinik ağırlıq dərəcələrindən asılı olaraq bunun da 3 forması vardır: yüngül, orta və ağır formalar.
2. Atipik gedişli difteriya
Atipik gedişli difteriyanın formaları
kataral forma;
hipertoksiki forma, ildırımvari, yaxud fulminant forma
hemorragik forma
difteriyanın lokalizasiyasından asılı olaraq onun əsas klinik-morfoloji formaları
Difteriyanın əsnək forması
Difteriyanın yuxarı tənəffüs yolları forması
əsnək nahiyəsində epitel çoxqatlı olduğu üçün burada
qalın ərp yaranır və fibrinoz ekssudativ iltihabın difteritik növü
yuxarı tənəffüs yollarında isə örtük epiteli təkqatlı olduğu üçün burada yaranır
nazik ərp yaranır və fibrinoz ekssudativ iltihabın krupoz növü
Difteriyanın əsnək formasında ərpin xususiyyətləri
qısa müddətdə bozumtul-ağ rəngli dəqiq kənarlara malik ərp əmələ gəlir, qanaxmanın olub-olmamasından asılı olaraq ərpin rəngi qırmızımtıl, qaramtıl, çirkli-qonur ola bilər
Difteriyanın ümumi dəyişiklikləri ən çox baş verir
ürək-damar və sinir sistemlərində, böyrəklərdə və böyrəküstü vəzlərdə
difteriya zamanı ürəkdə baş verir
toksiki mənşəli interstitsial miokardit, xəstəliyin 2-ci həftəsinin əvvəllərində, ürəyin erkən iflici
Sinir sistemində müşahidə edilən patomorfoloji dəyişikliklər əsas etibarilə burada baş verir
boyun nahiyəsindən keçən və yaxınlıqda yerləşən periferik sinir liflərində və sjnir ganqlionlarında
Sinir strukturlarında baş verən bu dəyişikliklər nə qədər müddər sonra onların innervasiya etdikləri müvafiq üzv və toxumaların iflicləri'ilə nəticələnir
xəstəliyin 1,5-2-ci aylarında
Xəstəlik başlanandan 1,5-2 ay sonra ürəyin innervasiyasında iştirak edən əksər sinir elementlərinin destruksiyası ilə əlaqədar baş verir
Ürəyin gecikmiş iflic
əsnək difteriyasının formaları
Lokal əsnək forması
Yayılmış əsnək forması
Subtoksiki forma
Toksiki əsnək difteriyası
Əsnək difteriyasının hipertoksiki forması
Hemorragik əsnək difteriyası
Lokal əsnək formasının formaları
Tipik ərpli forma
Adacıqlı forma
Kataral forma
difteriyanın yuxarı tənəffüs yolları formasında iltihabın bu formadı inkişaf edir
fibrinoz ekssudativ iltihabın krupoz forması
Difteriyanın yuxarı tənəffüs yolları formasına xas öskürək
"it hürməsi"nə bənzər öskürək
Difteriyanın yuxarı tənəffüs yolları formasında xəstəliyin mərhələləri
kataral və ya disfonik mərhələ
stenotik mərhələ
asfiktik mərhələ
Difteriyanın yuxarı tənəffüs yolları formasında qırtlağın krupoz iltihabı - krupoz laringitlə əlaqədar səs yarığı daralır və xəstələrdə boğulma əlamətləri meydana çıxa bilir. Buna deyilir
həqiqi inağ
Difteriyanın yuxarı tənəffüs yolları formasında yuxarı tənəffüs yollarında olan fibrinoz ekssudativ iltihab prosesi daha da inkişaf edərək xırda bronxiollara və alveollara qədər yayılarsa ocaqlı pnevmoniyaya səbəb olur. Buna deyilir
enən inağ
Difteriyanın əsnək formasında limfa düyünləri
hərəkətli və ağrılı olurlar