1/6
Name | Mastery | Learn | Test | Matching | Spaced | Call with Kai |
|---|
No study sessions yet.
Atom radiusu
Atom radiusu nüvədən ən uzaqdakı elektrona qədər olan məsafədir.
Atom radiusunun xassələri
Yuxarıdan aşağıya doğru atomda energetik səviyyələrin sayı artığı üçün A qrup elementlərin atom radiusu artır.
Atom radiusunun xassəsi #2
Soldan sağa doğru energetik səviyyələrin sayı sabit qalır, nüvənin yükü və xarici təbəqədə ki elektronların sayı artır.
Nüvə elektronları özünə daha çox cəzb edir və atom radiusu kiçilir.
Metallıq və qeyri- metallıq xassəsi
Metallıq xassəsi atomun elektron vermək, qeyri-metallıq xassəsi isə elektron almaq qabiliyyətidir.
Metallıq xassəsi
Dövri cədvəldə yuxarıdan aşağıya atom radiusu artdığı üçün elektronla nüvənin əlaqəsi zəifliyir. Atomun elektron verməsi asanlaşır. Metallıq xassəsi artır. Soldan sağa isə əksinə.
Qeyri- metallıq xassəsi
Qeyri metallıq nüvənin özünə daha çox elektron cəzb etməsidir. Dövr üzrə soldan sağa doğru qeyri-metallıq xassəsi artır. Yuxarıdan aşağı azalır
Metallıq, qeyri metallıq #2
Dövr üzrə sol və aşağıda metallar, sağ və yuxarıda isə qeyri-metallar yerləşir.